Şirkət haqqında

"Roimed Pharma" MMC Azərbaycan əczaçılıq sektorunda fəaliyyətə yeni başlamasına baxmayaraq mövcud olduğu müddət ərzində uğurla fəaliyyət göstərir.

Şirkətin məqsədi yüksək keyfiyyətli əczaçılıq məhsulları ilə Azərbaycanın səhiyyə sisteminin həm dövlət, həm də özəl sektorunda fəaliyyət göstərən səhiyyə qurumlarına və bütün əhaliyə xidmət göstərməkdir.

Azərbaycanın əczaçılıq bazarına yalnız dünya standartlarına cavab verən və xüsusi laboratoriyalarda sınanılmış məhsullar gətirir. Biz bunun nə qədər məsuliyyətli iş olduğunu anlayırıq. Daha professional olmaq, durmadan inkişaf etmək və sağlamlığınızın qayğısına qalmaq bizim əsas prioritetdir.

Dünyanın tanınmış istehsalçı zavodlarından BioDue S.p.A (İtaliya), Laboratoarele Remedia (Rumıniya), Cydonia d.o.o( Bosniya və Herseqovina), Maximum Sağlık Ürünleri san və TİC LTD (Türkiyə) kimi şirkətlərlə sıx işgüzar əlaqələrin qurulması və peşəkar ali təhsilli əczaçı və həkimlərdən təşkil olunmuş kollektiv “Roimed Pharma”nın Respublikamızın əczaçılıq bazarına gətirdiyi və gətirəcəyi məhsulların keyfiyyətinin zəmanətçisidir.