Fəaliyyətimiz

“Roimed Pharma” MMC Azərbaycanın ən sürətlə inkişaf edən aparıcı tibbi tədarükçülərindən biridir. “Roimed” fransız dilindən tərcümədə “tibbin şahı” deməkdir.

Biz xəstəxanalar və aptekləri yüksək keyfiyyətli əczaçılıq məhsulları və qida əlavələri ilə təmin edirik.

Fəaliyyətimizin əsas məqsədi insan sağlamlığı olduğu üçün,böyük məsuliyyət tələb edir və biz peşəkar kadrlarımızın köməyi ilə nəinki Bakıda,həm də Azərbaycanın müxtəlif regionlarında bunu məharətlə reallaşdırırıq.

İnnovasiya və inkişaf, etibarlılıq, humanizm “Roimed Pharma”MMC-nin əsas dəyərləridir və məqsədimiz hər kəsin rahat şəkildə əldə edə biləcəyi yüksək keyfiyyətli və yeni tibbi məhsullar təklif etməkdir.