ROİCARD Tablet №30

TƏRKİBİ:

Hər 1 tabletdə;

Təsiredici maddələr (miqdar göstərilməklə):
Alfa-lipoy turşusu (Alpha-Lipoie Acid) - 100mq
Koenzim Q10 (Coenzyme Q16) - 100mq
1-Karnitin (1-carnitine) - 300mq
Vitamin E - 36mq
Selen (Natrium selenit heptahidrat şəklində (Selenium) (as Sodium selentine heptahydrate) - 83mkq (276.5mkq)

Köməkçi maddələr:
Laktoza (Lactose), Sorbitol, Nişasta (Strach), Polivinilpirrolidon (Polyvinylpyrrolidone), Poliviol (Polyviol), Titan dioksid (Titanium duxoxide), Talk (Talc), Polietilqlikol (Polyethyle gycol), Maqnezium Stearat (Magnesium stearate), Silikondioksid (Silicone dioxide).

Farmakoloji qrupu: Metabolik, kardioprotektor, sitoprotektor, neyroprotektor, antioksidant

XÜSUSİYYƏTLƏRİ:

Alfa-lipoy turşusu - zülalların, yağların, karbohidratların mübadiləsində iştirak edir, enerji əmələgəlmə proseslərində mühim rol oynayır,qaraciyər funksiyalarını yaxşılaşdırır, intoksiyalarda detoksikasiyaedici təsir göstərir.

L-karnitin - B qrup vitaminlərinə bənzər aminturşudur, əhəmiyyətli antioksidant təsir göstərir. Toxumaların regenerativ aktivliyini stimullaşdırır, piy mübadiləsini, iştahı yaxşılaşdırır.

Koenzim Q10 - ATF-dən enerji əmələ gətirməklə aerob hüceyrə tənəffüsündə iştirak edir. E vitamininin antioksidant xüsusiyyəti enerji daşıyıcılıq funksiyasından törəyir.

Selen - bioloji mikroelement kimi bir sıra ferment və hormonların tərkibinə daxildir, bütün orqan və sistemlərin fəaliyyətində iştirak edir. Selen orqanizmin normal fermentativ antioksidant funksiyasını yerinə yetirə bilir, lipid və zülal təbiətli endogen antioksidantların sintezini artırır.

Vitamin E - güclü antioksidantdır, hüceyrə membranlarını aqressiv radikalların təsirindən qoruyur. Vitamin E potensial antioksidant olan qlutationun orqanizmdə funksiyası üçün lazımdır, o, kardioprotektiv, onkoprotektiv təsirlərə malikdir, spermatogenezdə iştirak edir, kişilərdə reproduktiv funksiyanı, spermatozoidlərin aktivliyini yüksəldir. Vitamin E təzyiqi, hormonal fonu normallaşdırır, sinir, ağciyər, ürək toxumasını, damar divarını möhkəmləndirir, antibakterial xüsusiyyətə malikdir.

GÖSTƏRİŞLƏRİ:

✓ Ürəyin işemik xəstəlikləri (ateroskleroz, hipertoniya, xroniki ürək çatışmazlığı, stenokardiya)
✓ Ürək əməliyyatından sonrakı bərpa dövründə
✓ Orqanizmin ümumi bərpası və idman təbabətində
✓ İmmunitetin gücləndirilməsi və müqaviməti artırmaq məqsədi ilə
✓ Artıq çəki və piylənmə
✓ Şəkərli diabet
✓ Revmatizm və revmatoid artrit
✓ İltihabi və Degenerativ xəstəliklər
✓ Yaddaş gücləndirici və diqqət nizamlayıcı kimi
✓ Xroniki yorğunluq zamanı
✓ Həzm pozğunluğu və fermentativ çatışmazlıqda
✓ Uzun müddətli antibiotik terapiya

Əks göstərişləri: Tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq, 14 yaşa qədər uşaqlar.

İstifadə qaydası və dozası: 14 yaşdan yuxarı uşaqlar və böyüklər gün ərzində 1 dəfə 1 tablet. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Hamiləlik və laktasiya dövründə xəstəlik və dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

Bioloji fəallığa malik qida əlavəsidir. Qida əlavəsi normal qidalanmanı əvəz etmir. Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Dərman vasitəsi deyildir.

BURAXILIŞ FORMASI:

Tablet №30

SAXLANMA ŞƏRAİTİ:

25℃-dən yüksək olmayan temperaturda, quru və uşaqların əli çatmayan yerdə saxlanılır.

YARARLILIQ MÜDDƏTİ:

3 il

İSTEHSALÇI (adı və yerləşdiyi ölkə):

Maximum Sağlık Ürünləri san və Tie Ltd Şti, Türkiyə

MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANI SAHİBİ:

“Roimed Pharma” MMC