AEVAG Vaginal şam 2,0qr №10

TƏRKİBİ:

Xlorheksidin (Chlorhexidine)
Hialuron turşusu (Hyaluronic acid)
Bromelain
Vitamin E

Farmakoloji qrupu: Antiseptik, antifunqal, regenerator

XÜSUSİYYƏTLƏRİ:

Aevag - qıcıqlanmanı, qızartını aradan qaldırır, uşaqlıq yolunun təbii nəmliyini bərpa edir, anti ödem, antibakterial və iltihabəleyhinə təsir göstərir, uşaqlıq yolunun normal 4,5 PH-lı balansını tənzimləyir. Uşaqlıq yolunun flora vəziyyətinin normallığını təmin edən qlikogenin sintezini stimulə edir. Eyni zamanda uşaqlıq yoluna antiseptik, dezinfeksiyaedici təsir göstərir, turşu-qələvi balansını və vaginal floranı pozmur, selikli qişanı effektiv təmizləyir və qoruyur,xoş təravət hissi yaradır.

Xlorheksidin (C22H30C12N10) - antiseptik və dezinfeksiyaedici təsirə malikdir. Qram müsbət və qram mənfi,aerob və anaerob bakteriyalara bakterisid təsir göstərir. Geniş antibakterial, virus və göbələk əleyhinə təsir spektrinə malikdir.

Hialuron turşusu - yüksək hidratasiyaedici xüsusiyyətinə görə uşaqlıq yoluna nəmləndirici təsir göstərir. Hialuron turşusu uşaqlıq yolunun seliyi ilə birləşərək selikli qişanın üzərində yapışqan elastik qat əmələ gətirir. Bu qat filter rolunu oynayaraq aseptik baryer yaradır və patogen mikroorqanizmlərin nüfuz etməsinin qarşısını alır. Bu xüsusiyyətinə görə hialuron turşusu qısa müddətə uşaqlıq yolunun selikli qişasını bərpa edir, selikli qişada olan zədələnmələrin sağalmasına yardım edir. Belə ki, toxumaların hialuron turşusu ilə zəngin olan hissəsində epitelizasiya prosesi daha sürətli gedir. Əsasən birləşdirici toxumanın tərkibinə daxildir və bioloji xüsusiyyətləri orqanizmlə eyni olduğu üçün yad maddə kimi qəbul olunmur. Virus əleyhinə, antiseptik, yarasağaldıcı təsir göstərir. Uşaqlıq yolunun selikli qişasında bitişmələrin,çapıqların əmələ gəlməsinin qarşısını alır, yerli qan dövranını yaxşılaşdırır.

Bromelain - bitki mənşəli fermentdir. Ananas bitkisinin tərkibində mövcuddur. İltihabəleyhinə təsir göstərir,yumşaq toxumalarda şişkinliyin, zədələnmələrin, çapıqların qarşısını alır. Eroziya zamanı selikli qişanı tez bir zamanda bərpa edir. Anti ödem, spazmolitik təsir xüsusiyyətlərinə malikdir. Vaginal mukozda qızarma və qaşınmanı azaldaraq iltihabəleyhinə və sakitləşdirici təsir göstərir.

Vitamin E - güclü antioksidantır, hüceyrə membranlarını aqressiv radikalların təsirindən qoruyur. Vitamin E toksikozların inkişafının, cinsiyyət vəzilərinin funksiyalarının pozğunluğunun qarşısını alır, cinsi hormonların yetişməsini təmin edir. Hormonal balansı normallaşdırdığı üçün normal mikrofloranın bərpa olunmasına kömək edir. Estrogen və progesteron hormonlarının təsiri nəticəsində uşaqlıq yolu epitelisində qlikogenin miqdarını normaya salır. Bu isə normal mikrofloranın 98%-ni təşkil edən laktobasillər, o cümlədən bifidobakteriyaların həyat fəaliyyəti üçün əsas məhsul hesab edilir. Laktobasillər və qlikogenin qarşılıqlı təsiri nəticəsində süd turşusu əmələ gəlir ki, bu da uşaqlıq yolunun əsas turş mühitini yaradır.

GÖSTƏRİŞLƏRİ:

✓ Cinsi infeksiyalar
✓ Vaginitlər, bakterial vaginoz
✓ Vulvovaginal kandidoz
✓ Xroniki ekzo və endoservisitlər
✓ Vaginal pH-ın müxtəlif səbəblərdən pozulması zamanı (hamiləlikdə)
✓ Uşaqlıq yolunda quruluq, yanğı hissi, zəif qıcıqlanma
✓ Cinsi əlaqədən sonra infeksiyaların qarşısını almaq üçün

Əks göstərişləri: Hamiləlik və laktasiya, preparatın hər hansı komponentinə qarşı hiperhəssaslıq.

İstifadə qaydası və dozası:
✓ Vaginal infeksiyalar zamanı 1 vaginal şam 5-10gün ərzində yatmazdan əvvəl uşaqlıq yoluna yeridilməli
✓ Ginekoloji əməliyyatdan sonra 1 vaginal şam yatmazdan əvvəl 10 gün müddətində uşaqlıq yoluna yeridilməli
✓ B qrup streptokokla yoluxma zamanı 1 vaginal şam hər 6 saatdan bir uşaqlıq yoluna yeridilməli. Müalicə müddəti 10 gündür. Hamiləlik və laktasiya zamanı həkiminizlə məsləhətləşin.

QEYD: Hamiləlik və laktasiya dövründə istifadəsinin təhlükəsizliyi məlum deyildir. Belə hallarda həkiminizə müraciət etməyiniz tövsiyə olunur.

Uzun müddət istifadəsi zamanı individual hiperhəssaslıq halları müşahidə oluna bilər.

BURAXILIŞ FORMASI:

Vaginal şam 2,0qr №10

SAXLANMA ŞƏRAİTİ:

25℃-dən yüksək olmayan temperaturda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

YARARLILIQ MÜDDƏTİ:

3 il

İSTEHSALÇI (adı və yerləşdiyi ölkə):

İtaliya, Gricar

MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANI SAHİBİ:

“Roimed Pharma” MMC