EXSOVİN Tablet №30

TƏRKİBİ:

Fosfatidilserin 30% / Fosfatidixolin 20% - 100mq
(Phosphatidylserine 30% / Phosphate Idyl Choline 20% - 100mg)
Ginkgo Biloba yarpağının ekstraktı (Ginkgo biloba leaf extract) - 80mq
Dimetilqlisin HCL (Dimethylglycine hydrochloride) - 100mq
İnozitol (Inositol) - 100mq
Vitamin B1 (as Thiamine hydrochloride) - 1,1mq
Vitamin B2 (Riboflavin) - 1,4mq
Vitamin B6 (as Pyridoxine hydrochloride) - 1,4mq
Fol turşusu (Folic acid) - 200mkq
Vitamin B12 (Cyancobalamin) - 2,5mkq

Köməkçi maddələr: Maltodekstrin (Maltodextrin), Mikrokristallik sellüloza (Microcrystalline cellulose), Natrium kroskarmelloza (Sodium croscarmellose), Silisium dioksid (Silicium dioxide), Bitki mənşəli maqnezium stearat (Vegetable grade magnesium stearate)

Farmakoloji qrupu: Nootrop, angioprotektor, antiaqreqant

XÜSUSİYYƏTLƏRİ:

Fosfatidilserin - neyronların regenerasiyasında, neyromediatorların (asetilxolin və s.) sintezində və mediatorların qovuqcuqlardan xaric olunmasında, ionların hərəkətində və bioelektrik enerjinin ötürülməsində iştirak edir. Asetilxolinin sintezini stimulə etməklə beyin toxumasında xolinergik prosesləri aktivləşdirir. Sinir hüceyrələrinin bölünməsini və böyüməsini təmin edir. Beyin toxumasında qlükozanın metabolizmini aktivləşdirir, sinir hüceyrələrinin işemik fəsadlara davamlılığını artırır.

Fosfatidilxolin - asetilxolinin sintezində iştirak edir, sinir toxumasında mübadiləni yaxşılaşdırır və xolinergik neyronlarda sinir impulslarının ötürücülüyünü yaxşılaşdıraraq beyinin aktiv işləməsini təmin edir. Fosfatidilxolin sfiqnomielinin sintezində iştirak edir, mielin qişasının əmələ gəlməsini təmin edir və hüceyrə membranı strukturunu bərpa edir. Beyin qan dövranını yaxşılaşdırır. Nootrop, membranoprotektiv, antidepressiv və antiaterosklerotik təsir göstərir. Yuxunu normallaşdırır, əhval-ruhiyyəni yüksəldir, qanda xolesterinin və yağ turşularının miqdarını azaldır.

Ginkgo Biloba - beyin qan dövranını, həmçinin, koronar və periferik qan dövranını yaxşılaşdırır. Tərkibindəki flavon qlikozidləri (24%) hüceyrələrdə qlikoliz prosesini aktivləşdirərək (əsasən beyin hüceyrələrində), hüceyrələrin oksigenə olan tələbatını azaltmaqla, enerji təminatını optimallaşdırır. Beləliklə, beyin hüceyrələrinin normal funksiyalarını bərpa edərək koqnitiv funksiyaları gücləndirir. Ginkgo Biloba tərkibindəki terpen birləşmələri (6%) hesabına qan damarlarının divarını möhkəmləndirərək, damar elastikliyini artırır. Damar divarının strukturunun (endotel qişa) zədələnməsindən irəli gələn eritrositlərin və trombositlərin aqreqasiyası və adgeziyasının qarşısını alaraq,qanın reoloji xüsusiyyətlərini normallaşdırır.

Dimetilqlisin - beyin metabolizmini aktivləşdirən əvəz olunmayan amin turşudur. Mərkəzi sinir sisteminin tormozlayıcı mediator kompleksinə aid olmaqla, sedativ və antidepresiv təsirlərə malikdir. Qlisin QAYT-ergik, alfal-adrenoblokadaedici təsirləri ilə, N-metil-D-asparat reseptorların fəaliyyətini tənzimləyərək psixo-emosional gərginliyi və aqresivliyi aradan götürməklə sosial adaptasiyanı və əhval-ruhiyəni yaxşılaşdırır.

İnozitol - sinir hüceyrələrini bərpa edir,yuxunu yaxşılaşdırır və “antidepressant” vitamin sayılır. İnozitol damar divarında kollagenin və elastininin sintezini stimulə etməklə onların möhkəmliyini və elastikliyini artırır.

Vitamin B1 (tiamin) - sinir sisteminin normal fəaliyyəti üçün əvəzolunmaz komponentdir, yaddaş prosesini yaxşılaşdırır, beyini qlükoza ilə təmin edir. Yağlar, zülal və karbohidratların enerjiyə çevrilmə prosesində aktiv iştirak edir, immuniteti artırır. Sinapslarda impulsun ötürülməsində aktiv iştirak edir.

Vitamin B2 (riboflavin) - mərkəzi sinir sisteminin müxtəlif funksiyalarının icrasını təmin edir. Bundan əlavə vitamin B2 zülal, lipid və karbohidrat mübadiləsində, toxuma tənəffüsündə iştirak edir. Orqanizmdə vitamin B2 çatışmazlığı qanyaranma prosesinin pozulmasına səbəb olur. Vitamin B2 iltihab zamanı müdafiə sisteminin təşkilində iştirak edir.

Vitamin B6 (piridoksin) - əzələlərdə zülal mübadiləsində və digər biokimyəvi proseslərdə iştirak edir. İmmun sistemini gücləndirir.

Vitamin B12 (sianokobalamin) - hüceyrələrin bölünməsi və böyüməsində, həmçinin DNT və RNT sintezində iştirak edir. Vitamin B12-nin çatışmazlığı qanyaranmanın pozulmasına səbəb olur. Vitamin B12 maddələr mübadiləsində birbaşa iştirak edərək toxuma regenerasiyasını sürətləndirir.

Fol turşusu (vitamin B9) - qanın və immun sistemin formalaşmasında vacib elementlərdən biridir. Fol turşusu çatışmazlığı meqaloblast anemiyanın yaranmasına səbəb olur.

GÖSTƏRİŞLƏRİ:

✓ Dissirkulyator ensefalopatiyalar (insultun fəsadları, kəllə-beyin travmaları, yaşlanma dövrü)
✓ Yaddaş və diqqətin pozulması
✓ İntellektual qabiliyyətin zəifləməsi
✓ Həyəcanlanma, qorxu
✓ Parkinson və Alsheymer xəstəliyi
✓ Demensiya
✓ Yuxu pozğunluğu (yuxusuzluq, narkolepsiya)
✓ Epilepsiya
✓ Qulaq küyləri
✓ Ürəyin işemik xəstəlikləri
✓ Aritmiya
✓ Ateroskleroz
✓ Gənclərdə diqqət və yaddaşın artırılması məqsədi ilə
✓ Yaşlanma ilə əlaqədar görmə pozğunluğu
✓ Diabetik retinopatiya
✓ Baş-beyinin travması zamanı yaranan astenik, psixogen, nevrotik hallar
✓ Periferik qan dövranı və mikrosirkulyasiya pozğunluğu
✓ Aşağı ətrafların arterio və venopatiyaları
✓ Reyno sendromu

Əks göstərişləri:
Hiperhəssaslıq, 8 yaşa qədər uşaqlar, hamiləlik və laktasiya dövrü.

Əlavə təsirləri:
Nadir hallarda dispeptik pozğunluqlar, başgicəllənmə və allergic reaksiyalar.

İstifadə qaydası və dozası:
Orta səviyyəli pozğunluqlar zamanı 1 tabletdən gündə 1 dəfə. Ağır pozğunluqlar zamanı 1 tabletdən gündə 2 dəfə yemək vaxtı və ya yeməkdən sonra. Müalicə müddəti 1-2 aydır.

BURAXILIŞ FORMASI:

Tablet №30

SAXLANMA ŞƏRAİTİ:

25℃-dən yüksək olmayan temperaturda, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

YARARLILIQ MÜDDƏTİ:

3 il

İSTEHSALÇI (adı və yerləşdiyi ölkə):

Maximum Sağlık Ürünleri San və Tic LTD ŞTİ, Türkiyə

MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANI SAHİBİ:

“Roimed Pharma” MMC