ROİMAC Kapsul №30

TƏRKİBİ:

Nanə ekstraktı (Mentha) - 50mq
Pankreatin (Pancreatin) - 155mq
(Lipaza - 6750 TV; Amilaza - 6300 TV; Proteaza - 450 TV)
Pepsin - 10mq; (1:10000)
Bromelain - 100mq
Papain - 100mq

Köməkçi maddələr: Mikrokristallik sellüloza, Silisium dioksid, Maqnezium stearat, Jelatin

Farmakoloji qrupu: Həzm prosesini yaxşılaşdıran köp əleyhinə

XÜSUSİYYƏTLƏRİ:

Nanə ekstraktı - yuxusuzluqda effektlidir, həmçinin həzm yolunun saya əzələlərinə spazmolitik təsir göstərir, eyni zamanda ödqovucu və qazqovucu təsirə malikdir.

Lipaza - qidada olan yağ molekullarını hidroliz edərək, triqliseridlərə-qliserinə və yağ turşularına parçalamaqla, yağların həzm prosesində vacib rol oynayır, energetik mübadilədə, yarım doymamış yağ turşularının və həmçinin yağda həll olan A, D, E, K vitaminlərinin mənimsənilməsində iştirak edir.

Amilaza - qidadakı mürəkkəb karbohidratları, nişastanı sadə karbohidratlara-oliqosaxaridlərə (dekstrinlərə və monosaxaridlərə) qədər parçalayan həzm fermentlərinə aiddir.

Proteaza - zülalların aminturşulara qədər parçalanmasını təmin edir.

Pepsin - zülalların aminturşulara çevrilməsində iştirak edən fermentdir. Pepsin hidrolizdən əvvəl zülalların dezaqreqasiyasını təmin edir və onu asanlaşdırır. Katalizator kimi proteaz və peptidaz təsirlərə malikdir.

Papain - bitki mənşəli proteolitik fermentdir, papayanın tam yetişməmiş meyvəsinin şirəsindən alınır.
Zülalları parçalayır, papainin təsiri həzm prosesində insan orqanizmində sintez olunan pepsin fermentinin təsirinə oxşardır, buna görə onu “bitkimənşəli pepsin” adlandırırlar. Əsas fərqləndirici xüsusiyyəti odur ki, zülalları pH-ш geniş diapazonunda parçalamaq xüsusiyyətinə malikdir, yəni pepsindən fərqli olaraq papain təkcə turş mühitdə aktiv deyil, həmçinin neytral və qələvi mühitdə də aktivdir (diapazon pH 3-12, optimum pH 5-8). Buna görə də papaini həm hipoasid, həm də hiperasid vəziyyətlərdə istifadə etmək olar.

Bromelain - bitki mənşəli proteolitik fermentdir, ananas meyvələrindən alınır. Bromelain əsas həzm fermenti kimi təsir göstərir, zülalları parçalayır və sorulmasına kömək edir, digər fermentlərin işini aktivləşdirir və həzm prosesini yaxşılaşdırır.
Bağırsağın funksional aktivliyini artırır, mübadilə məhsullarını və toksiki maddələri orqanizmdən xaric edir.

GÖSTƏRİŞLƏRİ:

✓ Mədəaltı və zinekzokrin funksiyasının çatışmazlığı zamanı: xroniki pankreatit, mukovissidoz
✓ Mədə və mədəaltı vəzidə aparılan cərrahi əməliyyatlardan sonra
✓ Mədəaltı vəzin xərçəngində, pankreatik və yaxud ümumi öd axarının obstruksiyası (məs: şiş nəticəsində)
✓ Qarın boşluğu orqanlarının rentgenoloji və ultrasəs müayinəsinə hazırlıq dövründə
✓ Müxtəlif lokalizasiyalı sidik çıxarıcıyol infeksiyaları, kəskin və xroniki tubulointerstisialnefrit

Əks göstərişləri: Hər hansı komponentə qarşı hiperhəssaslıq.

İstifadə qaydası və dozası: 18 yaşdan yuxarı böyüklər 1 kapsul gündə 1 dəfə yemək zamanı və ya yeməkdən sonra daxilə qəbul edilir. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Hamiləlik və laktasiya dövründə xəstəlik və dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

Bioloji fəallığa malik qida əlavəsidir. Qida əlavəsi normal qidalanmanı əvəz etmir. Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Dərman vasitəsi deyildir.

BURAXILIŞ FORMASI:

Kapsul №30

SAXLANMA ŞƏRAİTİ:

25℃-dən yüksək olmayan temperaturda, quru və uşaqların əli çatmayan yerdə saxlanılır.

YARARLILIQ MÜDDƏTİ:

3 il

İSTEHSALÇI (adı və yerləşdiyi ölkə):

Laboratoarele Remedia, Buxarest Rumıniya

MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANI SAHİBİ:

“Roimed Pharma” MMC