ADEROİN Kapsul №30

TƏRKİBİ:

Ademetionin (S-Adenosyl L-Methionine) - 100mq
Lipoy turşusu (Alpha Lipoic Acid) - 125mq
Qlütation (Gluthatione) - 125mq
Silimarin (Silymarin) - 70mq

Köməkçi maddələr: Laktoza, Mikrokristallik sellüloza, Maqnezium sterat, Kolloid dioksid silikon

Farmakoloji qrupu: Hepatoprotektor, hipoxolesterinemik, dezintoksidant və ödqovucu vasitə

XÜSUSİYYƏTLƏRİ:

Ademetionin (SAM) - hepatoprotektor, detoksikant, regenerasiyanı stimullaşdıran, antidepressant, antioksidant və s. xüsusiyyətlərə malikdir. Zülallar, hormonlar və neyromediatorların sintezində iştirak edir. Hüceyrə membranı fosfolipidlərinin transmetilləşmə reaksiyalarında ademetionin metal qrupunun donorudur. Fizioloji tiol birləşmələrin - sistein,taurin və qlütationun sələfi sayılır. Hüceyrələrin detoksikasiya mexanizmində transsulfatlaşma reaksiyalarını təmin edir. Dekarboksilləşmədən sonra aminopropilləşmə proseslərində poliaminlərin – putressin (hüceyrə regenerasiyasının və hepatositlərin proiferasiyasının stimulyatoru), spermidin, sperminin sələfi rolunu oynayır. Bu poliaminlər ribosomun strukturuna daxildir. Antixolestatik təsir göstərir.

Lipoy turşusu - hepatoprotektor, hipolipidemik, hipoxolesterinemik, hipoqlikemik təsirlərə malikdir. Piruvatdehidrogenaza və alfa-ketoqlütaratdehidrogenaza komplekslərinin aktiv hissəsidir. Endogen antioksidantdır (sərbəst radikallarla birləşir). Mitoxondrilərin multiferment kompleksi tərkibində koferment olub, piroüzüm turşusu və alfa-ketoturşunun oksidləşmə-dekarboksilləşməsində iştirak edir. Qanda qlükozanın konsentrasiyasını azaldır və qaraciyərdə qlikogenin artmasında iştirak edir, həmçinin insulinə rezistentliyi aradan qaldırır. Zülal, karbohidrat, xolesterin mübadiləsini tənzimləyir. Qaraciyərin funksiyasını yaxşılaşdırır. Ağır metallar və digər toksik birləşmələrin orqanizmdən xaric edilməsini təmin edir. Orqanizmdə L-sistein, L-qlütamin və qlisindən sintez olunur. Leykotrienlərin sintezində iştirak edir, qlütationperoksidaza fermentinin kofaktorudur.

Qlütation - hidrofil molekul olub,qaraciyərin fermentləri ilə birləşərək hidrofob toksik maddələrin biotransformasiyası prosesini həyata keçirərək ödlə xaric olunur. Qlütation qlioksalaz fermentativ sisteminin tərkib hissəsi kimi metilqlioksalın detoksikasiyası reaksiyasında iştirak edir. Homosistein mübadiləsini tənzimləyir. Homosistein damar divarı möhkəmliyini təmin edir.

Silimarin - tərkibi flavor birləşmələrindən ibarət təbii vasitədir. Silimarin regenerasiyaedici, hepatoprotektor, dezintoksikant və iltihab əleyhinə təsirə malikdir. Təsir mexanizmi RNT-polimerazanı aktivləşdirməklə hepatositlərdə müxtəlif həyati vacib zülalların və fosfolipidlərin sintezini sürətləndirməsi ilə əlaqədardır. Silimarin güclü antioksidant təsir göstərməklə hüceyrələri sərbəst radikalların və peroksid birləşmələrin zədələyici təsirindən müdafiə edir. Preparatın antioksidant təsiri flavonoidlərin fenol strukturlarının sərbəst radikalları özlərinə birləşdirməsi hesabına əldə olunur. Preparat həmçinin oksigenin toxumalar tərəfindən mənimsənilməsini yaxşılaşdırır. Preparat alkoqol intoksikasiyaları zamanı asetaldehidin yaranmasının qarşısını alır. Güclü membranstabilləşdirici təsir göstərməklə membranlarda mübadilə proseslərini normallaşdırır. Preparatın dezintoksikant təsiri eyni zamanda toksiki maddələrin hepatositlərə daxil olmasının qarşısını alması ilə əlaqədardır. Preparatın iltihabəleyhinə təsiri iltihabi mediatorların-prostoqlandinlərin və leykotrienlərin sintezinin zəiflədilməsi ilə əlaqədardır.

GÖSTƏRİŞLƏRİ:

✓ Hepatit, sirroz, qaraciyərin piy distrofiyası zamanı köməkçi vasitə kimi
✓ Qaraciyərin toksiki, alkoqol, virus, dərmanlarla, şüa və kimya terapiyadan sonra (antibiotiklər, vərəm və virus əleyhinə preparatlar, hormonal preparatlar, trisiklik antideprassantlar, peroral kontraseptivlər) zədələnmələri zamanı köməkçi vasitə kimi
✓ Öddaşı, öd yollarının diskineziyası
✓ İntoksikasiyalar
✓ Ateroskleroz və s.

Əks göstərişləri: Hər hansı komponentə qarşı hiperhəssaslıq.

İstifadə qaydası və dozası: 18 yaşdan yuxarı böyüklər 1 kapsul gündə 1 dəfə yeməkdən sonra daxilə qəbul edilir. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Hamiləlik və laktasiya dövründə xəstəlik və dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Bioloji fəallığa malik qida əlavəsidir.Qida əlavəsi normal qidalanmanı əvəz etmir. Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Dərman vasitəsi deyildir.

BURAXILIŞ FORMASI:

Kapsul №30

SAXLANMA ŞƏRAİTİ:

25℃-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

YARARLILIQ MÜDDƏTİ:

3 il

İSTEHSALÇI (adı və yerləşdiyi ölkə):

Laboratoarele Remedia, Buxarest Rumıniya

MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANI SAHİBİ:

“Roimed Pharma” MMC