BEVİROX Paket №20 oral istifadə üçün

TƏRKİBİ:

Təsiredici maddələr:
Betaqlükan (Betaglucan) - 550 mq
Vitamin C - 100 mq
Sink qlükonat (Zinc gluconate) - 23 mq
Vitamin B6 Hidroxlorid (Hydrochloride) - 3 mq

Köməkçi maddələr:
Fruktoza (Fructose), Silikon dioksid (Silica), Portağal dadlandırıcısı (Orange flovour), Sukroza efiri (Sucrester)

Farmakoloji qrupu: İmmunostimulyator; Antioksidant.

XÜSUSİYYƏTLƏRİ:

Beta Qlükan – insan orqanizminin immun sistemini gücləndirən rəqabətsiz bir vasitədir. Həzm sistemi tərəfindən heç bir fermentativ fraqmentasiyalara məruz qalmadığından olduğu kimi və demək olar ki, tam biomənimsənilməyə malikdir. Beta Qlükan bağırsaqların selikli qişa hüceyrələri tərəfindən udularaq selikaltı qata ötürülməklə yerli immunostimulyator təsirini (makrofaqların üzərindəki xüsusi reseptorlara təsir etməklə, onların virus, bakteriya, göbələk və parazitlərə qarşı aktivliyini) gücləndirir. Selikli qişada makrofaqların xüsusi aktivliyi ilə limfositlərin sayının artması və aktivləşməsi prosesi baş verir. Repopulyasiya qabiliyyətli, aktivləşmiş limfositlər bağırsağın selikli qişasından disseminasiya etməklə başqa orqanların selikli qişasına keçərək onların viruslardan, bakteriyalardan, göbələklərdən və parazitlərdən qorunmasını təmin edir. Biomənimsənilmiş Beta Qlükanın böyük qismi qana keçməklə qapı venası ilə qaraciyərə gəlir və burada kupfer hüceyrələri tərəfindən udulur, onları aktivləşdirərək bu hüceyrələr tərəfindən sitokinlərin (interleykin və interferonun) sintezini sürətləndirir. Beləliklə, Beta Qlükan orqanizmə daxil olmuş antigenlərdən və genetik yad maddələrdən orqanizmi qorumuş olur. Həm yerli, həm də sistem immuniteti gücləndirdiyinə görə Beta Qlükanın istənilən növ immun çatışmazlıqlarda istifadəsi mümkündür.

Sink – immunitetin formalaşmasında iştirak edir və kişi cinsiyyət vəzilərinin funksiyalarını yaxşılaşdırır (kişi cinsi hormonu olan dihidroksitestosteronun sintezində iştirak edir). Cinsiyyət vəzi toxumalarında yüksək konsentrasiya təşkil etdiyindən kişi və qadınlarda cinsi funksiyanın yerinə yetirilməsində bilavasitə iştirak edir. Çəngələbənzər vəzinin funsiyasını aktivləşdirməklə T-limfositlərin sintezini sürətləndirir.

Vitamin C – metabolik təsirə malikdir. Orqanizmdə sintez olunmur, yalnız kənardan qida vasitəsi ilə qəbul olunur. Oksidləşmə-reduksiya proseslərində, karbohidrat mübadiləsində, toxumaların regenerasiyasında iştirak edir, orqanizmin infeksiyalara qarşı davamlılığını artırır, damar keçiriciliyini zəiflədir. Dəmir, fol turşusu, histamin, karbohidratların utilizasiyası, lipid, zülal, karnitin sintezi, immun reaksiyalarda iştirak edir. Güclü antioksidant və antiaqreqant təsirə malikdir.

Vitamin B6 - toxumalarda zülal və yağ mübadiləsində və digər biokimyəvi proseslərdə iştirak edir. İmmun sistemini gücləndirir.

GÖSTƏRİŞLƏRİ:

✓ Qrip və KRVİ müalcəsi və profilaktikası: Bronxit, pnevmoniya, faringit, sinusitlər, stomatit, gingivit.
✓ Sidik – cinsiyyət sisteminin kəskin və xroniki infeksiyalarının müalicəsi və profilaktikası: Sistit, pielonefrit, qlomerulonefrit, prostatit, orxit, epididimit, kolpit, salpingit, salpingooforit.
✓ Virus infeksiyalarının kompleks müalicəsinin tərkibində.
✓ Bakterial, göbələk və parazitar infeksiyaların kompleks müalicəsinin tərkibində.
✓ Müxtəlif xəstəliklər zamanı immun sistemin funksional zəifliyi müşahidə edilən hallarda.
✓ Onkoloji xəstəliklər zamanı əməliyyatönü, əməliyyat zamanı, əməliyyatdan sonra radio və kimyaterapiya ilə müalicənin effektivliyinin artırılması məqsədi ilə.
✓ Xroniki yorğunluq və fiziki tükənmə zamanı.
✓ Diabetli xəstələrdə oksidativ stressin və immunitetin zəifləməsinin qarşısını almaq məqsədi ilə.

Əks göstərişləri: Preparatın hər hansı komponentinə qarşı həssaslıq. Nadir hallarda halsızlıq və dispeptik əlamətlər.

İstifadə qaydası və dozası: 14 yaşdan yuxarı uşaqlar və böyüklər gün ərzində 1 dəfə 1 paket 0.5 stəkan suda 1 paket həll edilərək,yaxşıca qarışdırmalı və dərhal içilməlidir.

BURAXILIŞ FORMASI:

Paket №20 oral istifadə üçün

SAXLANMA ŞƏRAİTİ:

15-20℃ temperaturda, quru, sərin və uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

YARARLILIQ MÜDDƏTİ:

3 il

İSTEHSALÇI (adı və yerləşdiyi ölkə):

BioDue S.p.A. Val di Pesa – FI, İtaliya

MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANI SAHİBİ:

“Roimed Pharma” MMC