PROBENT FORTE Kapsul №30

TƏRKİBİ:

Aktiv maddələr:
Bifidobacterium bifidum - 1,0x109
Bifidobacterium brevis - 1,0x109
Bifidobacterium longum - 1,0x109
Bifidobacterium lactis - 1,0x109
Lactobacillus acidophilus - 1,5x109
Lactobacillus rhamnosus - 1,0x109
Lactobacillus casei - 0,5x109
Streptococcus thermophiles - 0,5x109
İnulin - 60mq
Fruktooliqosaxaridlər - 80mq

Köməkçi maddələr:
Qranulak (Alfa-laktoza monohidrat)
Granulak (Alpha-lactose monohydrate)

Farmakoloji qrupu: İmmunostimulyator, antioksidant

XÜSUSİYYƏTLƏRİ:

Bifidobakteriyalar - orqanizmdə aşağıdakı tənzimləyici və stimuləedici təsirləri göstərir:
1) Bağırsaq mikroflorasını normaya salır - patogen və şərti-patogen mikroorqanizmlərin geniş spektrinə antaqonist təsir göstərir;
2) İmmun sistemini aktivləşdirir - immunoqlobulinlərin, lizosimin, interferonun, sitokinlərin, interleykinin, şişin nekroz faktorunun sintezini, makrofaqların, monositlərin, qranulositlərin aktivliyini stimulə edir;
3) Həzm proseslərində iştirak edir - heyvani və bitki mənşəli müxtəlif məhsulları metabolizmə uğradır, karbohidratların, xüsusilə də laktozanın parçalanmasında iştirak edir;
4) Aminturşular, vitaminlər, yağ turşuları, hormonlar və digər bioloji aktiv maddələrin sintezində iştirak edir;
5) Maddələr mübadiləsini normallaşdırır – su, duz və qaz mübadiləsini, bağırsaqlardan sorulma proseslərini tənzim edir, öd turşularının resirkulyasiyasında iştirak edir, xolesterin, bilirubin mübadiləsinə təsir edir;
6) Orqanizmin detoksikasiyasını təmin edir - toksinləri, radionuklidləri, ksenobiotikləri xaric edir, histamini, prokanserogen və mutagen maddələri inaktivləşdirir. Preparatın tərkibinə daxil olan laktobakteriyalar patogen və şərti-patogen bakteriyaların geniş spektrinə (stafilokokklar, protey, enteropatogen bağırsaq çöpləri) qarşı antoqonistik aktivlik göstərir, mədə-bağırsaq traktında həzm proseslərini normallaşdırır, maddələr mübadiləsini yaxşılaşdırır, təbii immuniteti bərpa edir.

Fruktooliqosaxaridlər - yoğun bağırsaqlarda laktobakteriyalar və bifidobakteriyalar tərəfindən enerji mənbəyi kimi istifadə olunur ki, nəticədə də orqanizm üçün faydalı olan bakteriyaların inkişafı və aktivliyi stimulə edilir.

İnulin - qlükoza və fruktoza qalıqlarından ibarət polisaxariddir. Mədədə fermentativ hidrolizə uğradıqdan sonra fruktooliqosaxaridlərə çevrilir.

GÖSTƏRİŞLƏRİ:

✓ Mədə-bağırsaq pozulmaları (qəbizlik, köp, meteorizm, qıcqırma, ishal, qıcıqlanma)
✓ Disbakterioz
✓ Bağırsaq infeksiyaları
✓ MBT-in xroniki xəstəlikləri
✓ Kimya-terapiya, hormonal terapiya və antibiotiklərlə müalicədən sonrakı dövr
✓ İmmun sisteminin stimulyasiyası məqsədilə
✓ Orqanizmin detoksikasiyası məqsədilə
✓ Pəhriz və təmizləyici müalicələrin tərkib hissəsi kimi
✓ Dəri xəstəlikləri

Əks göstərişləri: Hər hansı komponentə qarşı hiperhəssaslıq.

İstifadə qaydası və dozası: 14 yaşdan yuxarı uşaqlar və böyüklər gün ərzində 1 dəfə 1 kapsul daxilə qəbul edilir. Tövsiyə edilən sutkalıq dozanı keçməyin.

BURAXILIŞ FORMASI:

Kapsul №30

SAXLANMA ŞƏRAİTİ:

25℃-dən yüksək olmayan temperaturda, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

YARARLILIQ MÜDDƏTİ:

3 il

İSTEHSALÇI (adı və yerləşdiyi ölkə):

Cydonia d.o.o., Bosniya və Herseqovina

MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANI SAHİBİ:

“Roimed Pharma” MMC