FEMİSED Kapsul №30

TƏRKİBİ:

Dərman pişikotu kökünün ekstraktı (Valerian officinalis root extract) - 100mq
Qlisin (Glycine) - 150mq
Adi dazı otu ekstraktı (St.Johns wort extract Hypericum perforatum) - 100mq
Birdişicikli yemişan çiçəklərinin ekstraktı (Hawthorn flowers extract) - 100mq
Vitamin B6 (Piridoksin xlorid kimi) (as Pyridoxine chloride) - 5mq

Köməkçi maddələr:
Qranulak 200 (alfa-laktoza monohidrat)
Granulac 200 (alpha-lactose monohydrate)
Kapsul örtüyü: Heyvan mənşəli jelatin
Capsule shell: Bovine gelatin

Farmakoloji qrupu: Sedativ, spazmolitik, depressiya əleyhinə vasitə

XÜSUSİYYƏTLƏRİ:

Valerian - sedativ təsirə malikdir, psixi yorğunluq və nevrasteniya üçün xarakterik olan gərginlik və əsəbiliyi azaldır, yuxusuzluq zamanı normal yuxunu bərpa edir. Spazmolitik təsir göstərir.

Yemişan - bu giləmeyvənin faydalı xüsusiyyətləri insanlara qədim zamanlardan məlumdur. Yemişan bir çox vitaminlər, mikroelementlər, orqanik turşular, efir yağları və s. faydalı maddələrlə zəngindir. Qədimdən bu ağacın çiçəkləri və meyvələri yuxusuzluqda, başgicəllənməsində, aterosklerozda, ürək ağrılarında, ruhi pozğunluqda və epilepsiya zamanı istifadə edilib. Yemişandan təbii ürək dərmanı kimi istifadə edilir. O, ürək əzələlərinin yığılmasını qüvvətləndirir, ürək fəaliyyətinin ritmini normallaşdırır və qan dövranını gücləndirir. Ürəyin tac və beyin damarlarını genişləndirir, sinir sisteminin oyanıqlığını azaldır, taxikardiya və aritmiyanı aradan qaldırır. Maddələr mübadiləsini yaxşılaşdırır, qanda xolesterinin səviyyəsini aşağı salır.

Dazıotu - nun müalicəvi xüsusiyyətləri qədim zamanlardan məlumdur. Qədimdə bu ot müxtəlif xəstəliklər zamanı geniş istifadə olunurdu. Onun tərkibi efir yağından (0,1%) ibarətdir. Efir yağı tərkibinə isə terpenlər, seskviterpenlər, izovaleryan turşulu mürəkkəb efirlər, aşılayıcı maddələr (10%), seril spirti, holin, alkoloidlər, karotin (56%-ə qədər), vitaminlər, qətran, nikotin turşusu daxildir. Bütün bunlardan başqa, hiperozid, rutin, kversitrin, kversetin kimi flavonoidlər də ifraz olunurlar. Dazıotunun çox güclü sakitləşdirici təsiri var-stress və depressiya ilə mübarizə etməyə kömək edir, baş ağrılarını azaldır, yuxusuzluqdan azad edir.

Qlisin - alifatik aminturşusudur. Nootrop maddədir. Sedativ effekti var. Orqanizmdə psixoloji vəziyyətin düzəldilməsinə səbəb olan sinir impulslarının tənzimlənməsində ən böyük rol oynayır. Maddələr mübadiləsini normallaşdırır, beyinin işini stimullaşdırır, sosial adaptasiyaya təşviq edir.

Vitamin B6 - eyni zamanda piridoksin adlanır və bu vitamin də fol turşusu kimi B vitaminləri qrupuna aiddir. Bu qida maddələrimizdən alınan qida proteinlərinin optimal şəkildə istifadə edilməsini təmin edir. Piridoksin, adermin, antidermatid vitamin piridin törəmələridir. Ağ kristallik maddədir. Düyü kəpəyi, buğda, paxla, mayalar, qaraciyər, böyrək, əzələlər, beyin, yumurta sarısı B6 vitamini ilə zəngindir. B6 vitamini porfirinlərin sintezində, yağların nəqlində və mübadiləsində, hemoqlobin yaranmasında mühim rol oynayır. Onun evitaminozu zamanı tüklər tökülür. Barmaqların qanqrenası baş verir, dermatit yaranır, qıcolmalar və sinir pozğunluqları baş verir.

GÖSTƏRİŞLƏRİ:

✓ Sinir sisteminin gərginliyi
✓ Nevrozlar
✓ Əsəbilik
✓ Qorxu və həyəcan hissi,ruh düşkünlüyü
✓ Yuxu pozğunluğu, yuxusuzluq
✓ Simpatik aktivlik fonunda sıx ürək ritmi
✓ Həyəcan və özgüvən hallarının itməsi
✓ Qastro istestinal spazmı
✓ Klimakterik sindrom

Əks göstərişləri: Hər hansı komponentə qarşı hiperhəssaslıq.

İstifadə qaydası və dozası: 18 yaşdan yuxarı böyüklər 1 kapsul gündə 1 dəfə yeməkdən sonra daxilə qəbul edilir. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Hamiləlik və laktasiya dövründə xəstəlik və dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

Bioloji fəallığa malik qida əlavəsidir. Qida əlavəsi normal qidalanmanı əvəz etmir. Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Dərman vasitəsi deyildir.

BURAXILIŞ FORMASI:

Kapsul №30

SAXLANMA ŞƏRAİTİ:

25℃-dən yüksək olmayan temperaturda, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

YARARLILIQ MÜDDƏTİ:

3 il

İSTEHSALÇI (adı və yerləşdiyi ölkə):

Cydonia d.o.o., Bosniya və Herseqovina

MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANI SAHİBİ:

“Roimed Pharma” MMC